Cəlilabadda maşın inək və sahibini vurub

Hadisə
  • 28 aprel, 2019
  • 11:10
Cəlilabadda maşın inək və sahibini vurub

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ 2106" markalı maşın rayonun Təklə kəndində yol kənarı ilə gedən inəyi, ardınca isə sahibini vurub.

1954-cü il təvəllüdlü Təklə kənd sakini Vəli Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.