Cəlilabad. 1 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda kütləvi dava baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 1978-ci il təvəllüdlü Zamiq Ağaqardaş oğlu Nuriyev döyülüb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.