Cəlilabadda külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs tutulub

Cəlilabadda külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs tutulub O, narkotik vasitələri İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib
Hadisə
13 İyun , 2017 13:00
Cəlilabadda külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs tutulub
DİN

Bakı. 13 iyun. REPORT.AZ/ Respublikanın daxili işlər orqanlarının əməkdaşları külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxsin ifşa edilməsi ilə nəticələnən növbəti əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a bildirilib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cəlilabad rayon sakini Cəlaləddin Ağayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonu ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 300 qram heroin, həmçinin 2 kiloqram 10 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri əvvəldən tanıdığı İran İslam Respublikasının vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi