Cəlilabadda kişi baltalanıb

Cəlilabadda kişi baltalanıb Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məl
Hadisə
346
28 Aprel , 2022 10:02
Cəlilabadda kişi baltalanıb

Cəlilabad Rayon Prokurorluğu rayon ərazisində baş verən qəsdən adam öldürmə hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan "Report"a daxil olan məlumatda deyilir:

"Aprelin 27-si saat 19 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, 1988-ci il təvəllüdlü Cəmil Bayramovun yaşadığı kənd ərazisində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1982-ci il təvəllüdlü Çingiz Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə Cəmil Bayramovun baş və kürək nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Çingiz Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

09.55

Cəlilabadda kişi baltalanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120.1-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi