Cəlilabadda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb 

Cəlilabadda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb  Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
13 Oktyabr , 2021 10:43
Cəlilabadda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb 
0 : 00
0 : 00

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili ilə "VAZ-2106" markalı minik maşını toqquşub. Nəticədə biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Onlardan biri Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyata alınıb.

Hazırda hadisənin təfərrüatı və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi