Cəlilabadda dağlıq ərazidəki yanğın söndürülüb

Cəlilabadda dağlıq ərazidəki yanğın söndürülüb Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığındakı dağlıq ərazidə yenidən yanğın başlayıb.
Hadisə
10 Sentyabr , 2020 19:28
Cəlilabadda dağlıq ərazidəki yanğın söndürülüb

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə bir hektar ərazidə baş verən yanğın söndürülüb. 

"Report"un Muğan bürosunun məlumatına görə, meşənin qalan hissəsi yanğından mühafizə olunub.

Mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

14:35

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığındakı dağlıq ərazidə yenidən yanğın başlayıb.

“Report”un Muğan bürosu xəbər verir ki, son bir ay ərzində qeyd olunan ərazidə üçüncü yanğın hadisəsi qeydə alınır.

Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.

İlkin məlumata görə, 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi