Cəlilabadda bıçaqlanma hadisəsi olub

Hadisə
  • 19 noyabr, 2017
  • 16:42
Cəlilabadda bıçaqlanma hadisəsi olub

Cəlilabad. 19 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü kənd sakini Əliyev Vasif Tofiq oğlu tanımadığı şəxs tərəfindən bud nahiyəsindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.