Cəlilabadda baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Cəlilabadda baş verən yol qəzasında iki nəfər xəsarət alıb Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
21 Sentyabr , 2019 23:24
Cəlilabadda baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ocaqlı kəndi ərazisində qeydə alınıb. 

Qəza nəticəsində həmin kənd sakinləri - 1990-cı il təvəllüdlü Ağayev Nurlan Səmi oğlu və 1993-cü il təvəllüdlü Ağayeva Jalə Zahid qızı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi