Cəlilabadda avtomobil yanıb
Hadisə
- 07 sentyabr, 2026
- 11:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad rayonunda minik avtomobili yanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Abdullu kənd sakini Mübariz Zamanova məxsus olan "VAZ 2106" markalı avtomobili yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin ehtimala görə, yanğına avtomobildə baş verən qısaqapanma səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:47
Foto
İspaniyadan Azərbaycana gətirilən 300 kiloqrama yaxın dondurmada kif aşkarlanıb
Sağlamlıq
12:44
Putin: Rusiya, ABŞ və Çin regional münaqişələrin həllində ortaq maraqlara malikdir
Digər
12:40
Foto
Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığının gücləndirilməsi müzakirə olunub
Xarici siyasət
12:40
Gökhan Edman: "Azərbaycan komandasının məqsədi EEVZA-da ikinci təsnifat mərhələsinə yüksəlməkdir"
Komanda
12:39
TDGI-nin baş direktoru: "Texnoloji diplomatiya xarici siyasətin mərkəzinə çevrilib"
İKT
12:37
AKİA bu il 10 mindən çox kənd təsərrüfatı texnikası və avadanlığının alınmasını maliyyələşdirib
ASK
12:33
Video
Şençjendə Tramp, Si və Putinin üçtərəfli görüşü başlayıb
Digər ölkələr
12:30
Azərbaycanda bu ilin 10 ayında sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb
Hadisə
12:25
Elmir Qarayev: "Sahibkarların qaldırdığı məsələlər Vergi Məcəlləsindəki dəyişikliklərdə nəzərə alınıb"
Biznes