Cəlilabadda avtomobil sərxoş piyadanı vurub

Cəlilabadda avtomobil sərxoş piyadanı vurub Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 Yanvar , 2020 23:22
Cəlilabadda avtomobil sərxoş piyadanı vurub

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Minik avtomobili sərxoş vəziyyətdə olan 1958-ci il təvəllüdlü Həsənov Hüseyn Xıdır oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi