Cəlilabadda avtomobil küçə ilə gedən piyadanı vurub

Cəlilabadda avtomobil küçə ilə gedən piyadanı vurub Hadisə şəhərin Azərbaycan prospektində baş verib
Hadisə
6 Mart , 2018 21:16
Cəlilabadda avtomobil küçə ilə gedən piyadanı vurub

Cəlilabad. 6 mart. REPORT.AZ/ Bu gün axşam saatlarında Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, şəhərin Azərbaycan prospekti ilə gedən 1993-cü il təvəllüdlü rayon sakini Mahmudov Nazim Bayram oğlunu “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi