Cəlilabadda avtomobil aşaraq körpüdən su kanalına düşdü, xəsarət alan var

Cəlilabadda avtomobil aşaraq körpüdən su kanalına düşdü, xəsarət alan var Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib
Hadisə
222
2 May , 2021 21:40
Cəlilabadda avtomobil aşaraq körpüdən su kanalına düşdü, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Üçtəpə-Təzəkənd kənd yolunda qeydə alınıb.

Belə ki, "Prado" markalı minik avtomobilinin sürücüsü sərt döngədə nəqliyyat vasitəsinə idaretməni itirib. Nəticədə avtomobil su kanalına düşüb.

İlkin məlumata görə, qəza nəticəsində Salyan rayon sakini olduğu bildirilən sürücü xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi