Cəlilabadda ata və oğulun bıçaqlanmasının təfərrüatları məlum olub - YENİLƏNİB

Cəlilabadda ata və oğulun bıçaqlanmasının təfərrüatları məlum olub - YENİLƏNİB Cəlilabad. 7 fevral. REPORT.AZ/ Сəlilabad rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə
7 Fevral , 2019 22:51
Cəlilabadda ata və oğulun bıçaqlanmasının təfərrüatları məlum olub - YENİLƏNİB

Cəlilabad. 7 fevral. REPORT.AZ/  Сəlilabad rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Alar kənd sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən bıçaqlanıblar.

Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıblar. Elə bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb. Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endiriblər.

Onlar daha sonra ərazidən uzaqlaşıblar. Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.



***20:25

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Alar kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi