Cəlilabadda abituriyentin intihar etməsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Cəlilabadda abituriyentin intihar etməsinin təfərrüatı məlum olub - YENİLƏNİB Cəlilabad. 11 avqust. REPORT.AZ/ Cəlilabadda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.
Hadisə
11 Avqust , 2018 14:29
Cəlilabadda abituriyentin intihar etməsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Cəlilabad. 11 avqust. REPORT.AZ/ Cəlilabadda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

"Report"un məlumatına görə, N.Mirzəyev bu il qəbul imtahanı zamanı II qrupa aid ixtisaslara qəbul olmaq üçün imtahan verib.

O, imtahandan sonra anasına 400-480 bal topladığını bildirib. Anası isə onun az bal topladığını deyərək oğlunu danlayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyentlərin topladığı balları açıqlayandan sonra N.Mirzəyevin 310 bal topladığı məlum olub. Bu zaman anası ilə oğlu arasında yenidən mübahisə yaranıb. Nəticədə N.Mirzəyev anasının tənqidlərindən bezərək avqustun 10-da axşam saatlarında tövlədə özünü asaraq intihar edib. 


*** 01:15

Cəlilabadda intihar hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Nurlan İslam oğlu Mirzəyev yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi