Cəlilabadda 44 yaşlı qadını qohumu döydü

Hadisə
  • 03 iyun, 2020
  • 19:22
Cəlilabadda 44 yaşlı qadını qohumu döydü

Cəlilabad rayonunda yerli sakin döyülərək xəsarət alıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. 

Kənd sakini, 1976-ci il təvəllüdlü Həşimova Nəzakət Şirinbala qızı yaxın qohumu tərəfindən döyülüb.

Yaralı xəstəxanaya çatdırılıb və ona həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.