Cəlilabadda 38 yaşlı kişi döyülüb

Cəlilabadda 38 yaşlı kişi döyülüb Cəlilabad. 25 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda 38 yaşlı kişi döyülüb.
Hadisə
25 Dekabr , 2017 20:36
Cəlilabadda 38 yaşlı kişi döyülüb

Cəlilabad. 25 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda 38 yaşlı kişi döyülüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Elşən Vaqif oğlu Nağıyev tanıdığı bir neçə şəxs tərəfindən döyülüb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi