Cəlilabad sakini bıçaqlanıb.
“Report”un Aran bürosunun məlumatına görə, rayonun Suluçeşmə kənd sakini, 1986-cı il təvəllüdlü Ağayev Razi sol çiyin hissəsinin iti alətlə kəsilmiş-deşilmiş yarası ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun tanımadığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.