Cəlilabadda 35 yaşlı piyadanı avtomobil vurub

Hadisə
  • 15 dekabr, 2017
  • 14:10
Cəlilabadda 35 yaşlı piyadanı avtomobil vurub

Cəlilabad. 15 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda 35 yaşlı piyadanı avtomobil vurub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Uzuntəpə avtomobil yolunda qeydə alınıb. 

Belə ki, rayonun Şorbaçı kənd sakini, 35 yaşlı Samir Ədalət oğlu Mirzəyevi yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Ağır yaralanan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin ayaqlarından birinin amputasiya olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır.