Cəlilabadda 31 yaşlı kişini avtomobil vurub

Cəlilabadda 31 yaşlı kişini avtomobil vurub Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Noyabr , 2021 08:57
Cəlilabadda 31 yaşlı kişini avtomobil vurub

Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Xankişiyev Atakişi Bayraməli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə yerli xəstəxanaya çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ bazu sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi