Cəlilabadda 19 yaşlı qız intihar edib

Cəlilabadda 19 yaşlı qız intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
225
13 Yanvar , 2017 09:11
Cəlilabadda 19 yaşlı qız intihar edib

Bakı. 13 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Fətullaqışlaq kənd sakini 1998-ci il təvəllüdlü Tünzalə Əliyeva özünü yaşadığı evin yardımçı təsərrüfatında asaraq intihar edib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi