Cəlilabadda 11 yaşlı yeniyetməni avtomobil vurub
Hadisə
- 29 aprel, 2017
- 18:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad. 29 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovu avtomobil vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından E.Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, hazırda E.Museyibov koma vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:39
"İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
Mədəniyyət siyasəti
17:36
Zakir Əhmədov: "Yeni skorinq məhsulu müştərilərin ödəniş davranışlarının təhlilinə imkan verəcək"
Maliyyə
17:32
Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv
Xarici siyasət
17:30
Fond: İpoteka kreditinə müraciət zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək
Maliyyə
17:29
Putin: Türkiyəli investorlar "Akkuyu" AES layihəsində "Rosatom"un payının bir hissəsini almağa hazırdır
Energetika
17:26
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Xarici siyasət
17:25
AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur"
Maliyyə
17:22
Azərbaycanda dövlətdən kirayəyə mənzil götürmüş şəxs ipoteka krediti ala bilməyəcək
Maliyyə
17:22
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub
Futbol