Cəlilabadda 11-ci sinif şagirdi itkin düşüb - FOTO

Hadisə
  • 25 dekabr, 2018
  • 20:34
Cəlilabadda 11-ci sinif şagirdi itkin düşüb - FOTO

Cəlilabad. 26 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda 11-ci sinif şagirdi itkin düşüb.

"Report"un Muğan bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü yerli sakin Hüseynov Oruc Atif oğlu 8 dekabr tarixində yaşadığı evdən gedib və geri qayıtmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Məktəblinin atası A.Hüseynov "Report"un yerli bürosuna bildirib ki, oğlunun nə üçün evi tərk etməsi onlar üçün də qaranlıq qalıb.

O.Hüseynovu görənlərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur:

051 546 52 23