Cəlilabadda gənc qadın intihara cəhd edib
Hadisə
- 29 yanvar, 2019
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad. 29 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Badamağac kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü İ.Ə özünü yaşadığı evin tavanından kəndirlə asaraq intihara cəhd edib.
İ.Ə-nin özünü asdığını görən ailə üzvləri dərhal qadının boynundan kəndiri çıxarıblar və gənc qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas ediblər.
Məlumata görə, qadın evlidir və bir övladı var. Onun hansı səbəbdən intihara cəhd etməsi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:51
APL 2027/28-ci illər mövsümünün keçirilmə tarixlərini təsdiqləyib
Futbol
08:36
Foto
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
Xarici siyasət
08:23
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur
08:03
Foto
Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib
Xarici siyasət
07:58
"Qiyamət günü təyyarəsi" Trampı Asiya turunda müşayiət edib
Digər ölkələr
07:36
"Anthropic" ticarətin pik həddində bazar dəyərinə görə "SpaceX"i geridə qoyub
Maliyyə
07:09
"Axios": ABŞ-nin yeni milli kibertəhlükəsizlik direktoru təyin edilib
Digər ölkələr
06:34
Qızılın qiyməti 3 550 dollardan aşağı düşüb - Yenilənib-2
Maliyyə
06:14
Yeni Kaledoniya sahillərində zəlzələ olub
Digər ölkələr