Cəlilabad sakinindən 20 kiloqrama yaxın tiryək götürülüb

Cəlilabad sakinindən 20 kiloqrama yaxın tiryək götürülüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
29 Avqust , 2017 12:41
Cəlilabad sakinindən 20 kiloqrama yaxın tiryək götürülüb

Bakı. 29 avqust. REPORT.AZ/ Cəlilabad rayon sakinindən 20 kiloqrama yaxın tiryək götürülüb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyevdən 19 kiloqram 705 qram tiryək götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi