Cəlilabad sakini yük maşınından yıxılaraq öldü

Hadisə
  • 18 iyul, 2020
  • 09:33
Cəlilabad sakini yük maşınından yıxılaraq öldü

Cəlilabad rayonunun Təklə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, qəza iyulun 17-də saat 11 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində baş verib.

Kənd sakini F.Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb. S.Babayev xəstəxanaya aparılarkən yolda ölüb..

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.