Cəlilabad sakini oğlunu və arvadını bıçaqlayıb

Cəlilabad sakini oğlunu və arvadını bıçaqlayıb Cəlilabad. 9 may. REPORT.AZ/ Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
9 May , 2018 13:02
Cəlilabad sakini oğlunu və arvadını bıçaqlayıb

Cəlilabad. 9 may. REPORT.AZ/ Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Privolniye kəndində qeydə alınıb. 

Belə ki, Məmmədov Qurban Şirvan oğlu mübahisə zəminində arvadı Elmira Məmmədovanı və oğlu Elsevər Məmmədovu bıçaqlayıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi