Cəlilabad sakini bıçaqlanıb

Hadisə
  • 23 iyul, 2019
  • 19:25
Cəlilabad sakini bıçaqlanıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Musalı kəndində 1983-cü il təvəllüdlü yerli sakin Əkbərov Roman Abasət oğlu bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.