Cəlilabad rayon sakini döyülüb

Hadisə
  • 18 iyul, 2018
  • 18:37
Cəlilabad rayon sakini döyülüb

Cəlilabad. 18 iyul. REPORT.AZ/ Cəlilabad rayon sakini döyülüb. 

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Abışabad kənd sakini 1990-ci il təvəllüdlü İmanova Vəfa Əliməmməd qızı döyülüb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 

Verilən məlumata görə, ona yaxınları xəsarət yetirib. 

Faktla bağlı araşdırma aparılır.