Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın zamanı digər bölmələrdə hər hansı bir elektrik kəsintisi baş verməyib.
Bu barədə "Report"un yerli bürosuna Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov məlumat verib.
Onun sözlərinə görə, bu gün saat 11:15 radələrində Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin birinci mərtəbəsində yerləşən Ailə Sağlamlıq Mərkəzində Elektrik naqillərinin qısa qapanması nəticəsində tavanda tüstülənmə qeydə alınıb:
"Dərhal FHN Yanğından Mühafizə Xidmətinə məlumat verilib, tüstülənən sahə bir neçə dəqiqə ərzində söndürülüb. Heç bir xəsarət alan olmayıb və tibbi cihazlara zərər dəyməyib. 2 kv.metrlik bir sahədə naqillərin izolyasiya örtüyü sıradan çıxıb. 2 saat ərzində tavanda təmir işləri aparılıb və elektrik xətti yenisi ilə əvəz olunub. Digər bölmələrdə xidmət dayandırılmayıb və hər hansı bir elektrik kəsintisi baş verməyib".
Cəlilabad Diaqnostika Mərkəzinin qeydiyyat otağında tüstülənmə baş verib və FHN qüvvələri tərəfindən qısa müddət ərzində qarşısı alınıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və texnikaları cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır.