"Çaşıoğlu" nəşriyyatı cərimələnib

"Çaşıoğlu" nəşriyyatı cərimələnib Maliyyə Bazarlarına Nəzarət Palatası Çaşıoğlu şirkətini cərimələyib.
Hadisə
14 Avqust , 2019 12:50
Çaşıoğlu nəşriyyatı cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası "Çaşıoğlu" şirkətini cərimələyib.

"Report" xəbər verir ki, "Çaşıoğlu Elm İstehsalat" MMC barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib edilib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Çaşıoğlu” şirkəti poliqrafiya məhsulları istehsal edir. 

Son xəbərlər

Orphus sistemi