Bu ilin I yarısında Azərbaycanda 639 kq narkotik maddə müsadirə edilib

Bu ilin I yarısında Azərbaycanda 639 kq narkotik maddə müsadirə edilib Bunun 55 kiloqramı heroin olub
Hadisə
7 Avqust , 2017 17:03
Bu ilin I yarısında Azərbaycanda 639 kq narkotik maddə müsadirə edilib

Bakı. 7 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında qeydə alınmış 13 182 cinayət hadisəsinin 1 694-ü və ya 12,9%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. 

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunların da 63,9%-ni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və yaxud psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 28,2%-ni eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri hazırlama təşkil edib.

Həmçinin istehsal və emal etmə, daşıma, göndərmə və satma, 6,1%-ni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,8%-ni güclü təsir edən və yaxud zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər təşkil edib.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1 302 nəfərin 89,6%-ni heç yerdə işləməyən və oxumayanlar, 39,4%-ni əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 0,2%-i yetkinlik yaşına çatmayanlar, 8,6%-i 18-24 yaşlı, 13,9%-i 25-29 yaşlı gənclər, 77,3%-i isə 30 və yuxarı yaşlı şəxslər olub.

6 ay ərzində müsadirə edilmiş 639,2 kiloqram narkotik maddələrin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 35,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Son xəbərlər

Orphus sistemi