Bu il Azərbaycanda narkotik cinayətinə görə 48 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub

Hadisə
  • 26 oktyabr, 2018
  • 08:27
Bu il Azərbaycanda narkotik cinayətinə görə 48 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 1841 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 7-si 16-18 yaşadək, 118-i 18-25 yaşadək, 235-i 26-29 yaşadək, 1481-i 30 yaşdan yuxarı, o cümlədən 24-ü fəhlə, 1566-ı işləməyənlər, 5-i qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 690-ı əvvələr cinayət törətmişlərdir, 12-i əvvəllər xüsusi qeydiyyatda olublar.

Həmin şəxslərdən 1814-ü kişilər, 27-si qadınlar olub. Məsuliyyətə cəlb olunanlardan 48 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 100 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərdən 34-ü İran İslam Respublikası, 4-ü Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-i Türkiyə, 2-i Ukrayna 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

Son xəbərlər

Bütün Xəbər Lenti