Bu il 600 mindən çox pirotexniki vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Bu il 600 mindən çox pirotexniki vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin əvvəlindən övlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi 64 fakt üzrə 606 154 ədəd fişəng, petarda və digər pirotexnika məmulatları aşkar edərək saxlayıb. 
Hadisə
22 Dekabr , 2017 12:02
Bu il 600 mindən çox pirotexniki vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin əvvəlindən övlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi 64 fakt üzrə 606 154 ədəd fişəng, petarda və digər pirotexnika məmulatları aşkar edərək saxlayıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumatda deyilir ki, Yeni ilin yaxınlaşması ilə əlaqədar pirotexnika məmulatlarının ölkəyə qanunsuz yollarla gətirilməsi halları artıb. Təkcə son 1 ayda gömrük orqanları 23 belə fakt aşkar edib ki, onlardan da 20-si və yaxud 91 471 ədəd pirotexniki məmulat Gürcüstandan ölkəyə gələn şəxslərin idarə etdiyi nəqliyyat vasitələrində aşkar olunub. 

Xatırladaq ki, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanuna əsasən pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.

Son xəbərlər

Orphus sistemi