Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
Hadisə
12 fevral 2025 13:39
Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

Rəşad Məcid qeyd edib ki, iclası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:

"Administrasiyanın rəhbəri indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamları barədə danışdı. Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu dedi. Daha sonra iclasın gündəliyi açıqlandı. İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxıldı. Bunlar ağır cinayətlərdə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırılıb. Həm Administrasiyanın müvafiq şöbələri, həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq komissiya üzvlərinin fikirləri nəzərə alındı və səsvermə nəticəsində qərarlar qəbul edildi".

09:06

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Son xəbərlər

Orphus sistemi