Bakı. 8 yanvar. REPORT.AZ/ Naxçıvanda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumata əsasən təkanlar yerli vaxtla gecə saat 03:00-da Naxçıvan Muxtar Respublikasının Ordubad ərazisində qeydə alınıb. Maqnitudası 4,3 olan və 5 km dərinlikdə baş verən zəlzələ hiss olunub.