BŞBPİ-nin yeni rəisi Bakıdakı polis idarə və bölmələrini yoxlamağa başlayıb
- 14 noyabr, 2014
- 08:40
Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi polis general-mayoru Mirqafar Seyidov paytaxtdakı polis idarə və bölmələrini yoxlamağa başlayıb. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.
M.Seyidov ilk yoxlamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) həyata keçirib. Məlumata görə, M.Seyidov bölmənin inzibati binasına mülki geyimdə şikayətçi qismində daxil olub. Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bir müddət sonra isə gələn "şikayətçi"nin BŞBPİ-nin rəisi olduğu məlum olub.
Faktla bağlı bölmə əməkdaşları arasında cəzalananların olub-olmaması ilə bağlı məlumat veriləcək.
BŞBPİ-nin mətbuat xidməti hadisəyə münasibət bildirməyib.