Yuxarı

Bryanskda Azərbaycan vətəndaşları 7 illiyə azadlıqdan məhrum edilə bilərlər

Onlar həmvətənlərinə hədə-qorxu gələrək ondan 160 min rubl tələb edib

Bakı. 3 avqust. REPORT.AZ/ Rusiyanın Bryansk vilayətində həmvətənlərinə hədə-qorxu gələrək ondan pul tələb edən iki Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, vilayət prokurorluğu 1980-ci il təvəllüdlü Qəzənfər İsmayılov və 1968-ci il təvəllüdlü Ramazan Feyzullayevə qarşı cinayət işini məhkəməyə göndərib.

İstintaqın versiyasına görə, R.Feyzullayev və Q.İsmayılov 2015-ci ilin avqustundan dekabr ayına qədər tanışları olan həmvətənlərinə Rusiya ərazisindən ekstardisiya ediləcəyi bəhanəsiylə hədə-qorxu gələrək sonuncudan 160 min rubl pul tələb edib.

Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər ittihamları tam qəbul ediblər.

Qeyd edək ki, belə cinayət törətdiklərinə görə, onlar 7 illik müddətə azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi