“Böyrək alverçisi” barəsindəki hökmdən şikayət verdi

“Böyrək alverçisi” barəsindəki hökmdən şikayət verdi Bakı Apellyasiya Məhkəməsində qanunsuz orqan alqı-satışında və insan alverində təqsirli bilinən Vahib Xudadatovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
20 Fevral , 2020 10:03
“Böyrək alverçisi” barəsindəki hökmdən şikayət verdi
shutterstock

Bakı Apellyasiya Məhkəməsində qanunsuz orqan alqı-satışında və insan alverində təqsirli bilinən Vahib Xudadatovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 4-ə təyin edilib.

Qeyd edək ki, V.Xudadatov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

V.Xudadatov CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilib.

İttihama görə,  Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində 27 zərərçəkmiş var. Donorların müayinəsi İranda, orqan köçürmələri isə Gürcüstanda və Tacikistanda baş tutub.

Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə və transplantasiyanın həyata keçirildiyi xəstəxanaya pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən “Lancet” tibb mərkəzinin azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb, onlar beynəlxalq axtarışa verilib.

58 yaşı iranlı Mohsen Tahiri ötən ay İranda saxlanılıb, Fərman Ceyranlı isə başqa cinayət işi üzrə Gürcüstanda həbsdədir.

Son xəbərlər

Orphus sistemi