BMT eksperti: "Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanların 48 faizini qadınlar təşkil edir"

BMT eksperti: "Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanların 48 faizini qadınlar təşkil edir" Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanların 48 faizini qadınlar təşkil edir. İqlim dəyişikliyi daha çox qadınlara ziyan vurur, çünki dünyanın yoxsul əhalisinin 70 faizi məhz qadınlardır. Lakin iqlim dəyişikliyinin Azərbaycana gender baxımından təsiri ilə bağlı tədqiqat aparılmadığından rəsmi rəqəm söyləmək düzgün olmaz.
Hadisə
24 Sentyabr , 2019 12:50
BMT eksperti: Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanların 48 faizini qadınlar təşkil edir

"Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanların 48 faizini qadınlar təşkil edir. İqlim dəyişikliyi daha çox qadınlara ziyan vurur, çünki dünyanın yoxsul əhalisinin 70 faizi məhz qadınlardır. Lakin iqlim dəyişikliyinin Azərbaycana gender baxımından təsiri ilə bağlı tədqiqat aparılmadığından rəsmi rəqəm söyləmək düzgün olmaz".

"Report" xəbər verir ki, bu fikirləri BMT-nin İnkişaf Prporamının Azərbaycandakı nümayəndəliyinin gender üzrə eksperti Xalisə Şahverdiyeva "Kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda İstilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair" seminarda deyib.

Onun sözlərinə görə, dünyada da iqlim dəyişikliyinə ən çox məruz qalan sahələrdən biri olan kənd təsərrüfatında çalışanların çoxu qadınlardır: "Məsələn, Afrikada kənd təsərrüfatı sahəsində çalışanların 90 faizi qadınlardır. Özbəkistanda ev təsərrüfatlarında su ehtiyaclarının təmini üçün su daşıyanların 70-75 faizi qadınlardır".

BMT eksperti bildirib ki, qadınlar iqlim dəyişikliyinə uyğunlaşma prosesində çox önəmli rol oynayırlar: "Amma Yaşıl İqlim Fondu hesab edir ki, qadın və kişilər bu uyğunlaşma prosesində bərabər iştirak etməlidirlər".

Son xəbərlər

Orphus sistemi