Beş azərbaycanlı İrkutskda spirtli içkidən kütləvi zəhərlənmə işi ilə bağlı ev həbsinə alınıb - YENİLƏNİB

Beş azərbaycanlı İrkutskda spirtli içkidən kütləvi zəhərlənmə işi ilə bağlı ev həbsinə alınıb - YENİLƏNİB Şübhəli şəxslər məhkəmədə tərcüməçi tələb edib
Hadisə
23 Dekabr , 2016 12:58
Beş azərbaycanlı İrkutskda spirtli içkidən kütləvi zəhərlənmə işi ilə bağlı ev həbsinə alınıb - YENİLƏNİB

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün İrkutsk şəhəri Leninski rayon məhkəməsində spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmə ilə bağlı iş üzrə iclas keçirilir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, prosesin beş iştirakçısı - Azərbaycan vətəndaşları ev həbsinə buraxılıb.

Ümumilikdə məhkəmə doqquz şübhəli şəxs barəsində qərar qəbul etmək niyyətindədir.

*** 12:58

Bakı. 23 dekabr.  REPORT.AZ/ Azərbaycandan olan bir neçə şəxs İrkutskda 70-dən artıq insanın ölümünə səbəb olan spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmə işi ilə bağlı saxlanılıb. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İrkutsk şəhəri Leninski rayon məhkəməsinin sədri bildirib. 

Onun sözlərinə görə, şübhəli şəxslər məhkəmədə tərcüməçi tələb edib.

"Saxlanılanlar arasında spirt tərkibli maye satan köşklərin sahibləri, satıcılar - əsasən uşaqlı qadınlar, əvvəllər məhkum olunmayan şəxslər, hətta sürücülər də var. Lakin bir nəfər də istehsalçı yoxdur", - o qeyd edib. 

Bir müddət əvvəl xəbər verilib ki,  İrkutsk şəhəri Leninski rayon məhkəməsi saxlanılan 13 nəfərdən üçüncüsü barəsində həbs qətimkan tədbiri seçib. 

Son xəbərlər

Orphus sistemi