Binəqədidə motosiklet BMW ilə toqquşub, 2 nəfər xəsarət alıb

Binəqədidə motosiklet BMW ilə toqquşub, 2 nəfər xəsarət alıb Yaralıların hər ikisi motosikletdə olub
Hadisə
5 İyul , 2017 08:09
Binəqədidə motosiklet BMW ilə toqquşub, 2 nəfər xəsarət alıb
Foto: Report.az

Bakı. 5 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda yol qəzası qeydə alınıb.

"Report" xəbər verir ki, Binəqədi qəsəbəsində 19 yaşlı Məmmədbəyov Elşad Anar oğlu idarə etdiyi motosikleti BMW markalı avtomobilə çırpıb.

Nəticədə motosikletdə olan 1997-ci il təvəllüdlü Salmanzadə Rəşad Bəhman oğlu və sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Motosiklet cərimə meydançasına aparılıb.

Son xəbərlər

Orphus sistemi