Binəqədidə evlərdən kombi oğurlayan şəxs yaxalanıb

Hadisə
  • 06 noyabr, 2018
  • 07:34
Binəqədidə evlərdən kombi oğurlayan şəxs yaxalanıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Binəqədi rayonu ərazisində 7 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

DİN-in mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələri ərazilərində 5 evdən kombi, qaynaq aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılıb.

Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində daha 2 evdən məişət əşyaları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.