Binəqədidə ər arvadını boyun nahiyəsindən bıçaqlayıb

Binəqədidə ər arvadını boyun nahiyəsindən bıçaqlayıb Hadisə mübahisə zəminində baş verib
Hadisə
20 dekabr 2017 22:54
Binəqədidə ər arvadını boyun nahiyəsindən bıçaqlayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda ər və arvad arasında düşən mübahisə, sonda bıçaqlanma ilə nəticələnib.

“Report” xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Həyat yoldaşı 1983-cü il təvəllüdlü Yardımlı rayon sakini Məmədova Xəyalə Yaqub qızının boyun nahiyəsinə iki bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Fakt araşdırılır.

Orphus sistemi