Bakı. 11 fevral. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində qətl hadisəsi baş verib.
"Report" rayon Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, daş bazarının yanında qeydə alınıb.
1990-cu il təvəllüdlü Salmanov Vüqar Yasin oğlu əmisi oğlu və eyni zamanda yeznəsi olan 1987-ci il təvəllüdlü Yusubov Əfqan tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.