Binəqədi rayonunda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib

Binəqədi rayonunda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib Hadisə Binəqədi qəsəbəsi yeni yaşayış massivində qeydə alınıb
Hadisə
8 Sentyabr , 2014 11:14
Binəqədi rayonunda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib

Bakı. 8 sentyabr.REPORT.AZ/ Bakının Binəqədi rayonunda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Report-a verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi yeni yaşayış massivində qeydə alınıb.

Hadisə zamanı naməlum şəxs İmişli rayon sakinləri Tural Rüstəmova, Tacəddin Abbasova və Anar Rüstəmova bıçaqla çoxsaylı xəsarətlər yetirib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov artıq tutularaq istintaqa təqdim olunub.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi