Biləsuvarda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub

Biləsuvarda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə
28 Noyabr , 2020 19:15
Biləsuvarda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub

Biləsuvar rayonunda Cəlilabadın Üçtəpə kəndi sakini Qafarov Nail Nəzər oğlu idarə etdiyi BMW markalı minik avtomobilini aşırması nəticəsində həmkəndlisi Qafarzadə İbrahim Nəzər oğlu dünyasını dəyişib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza zamanı N.Qafarzadənin digər həmkəndlisi Abbasov Ələkbər Tahir oğlu və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

18:54

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Biləsuvarın Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili aşaraq su kanalına düşüb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi