Biləsuvarda yol qəzası oldu, xəsarət alan var

Hadisə
  • 23 mart, 2020
  • 19:47
Biləsuvarda yol qəzası oldu, xəsarət alan var

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.