Biləsuvarda yaşayış evində yanğın olub

Biləsuvarda yaşayış evində yanğın olub Biləsuvar rayonunda birmərtəbli 4 otağlı yaşayış evində yanğın olub.
Hadisə
25 Mart , 2019 18:32
Biləsuvarda yaşayış evində yanğın olub

Biləsuvar rayonunda birmərtəbli 4 otağlı yaşayış evində yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi şəhərin A.Qasımov küçəsində 1955-ci il təvəllüdlü Bayramova Rahilə Xanəhməd qızına məxsus evdə qeydə alınıb. Hadisə yerinə Biləsuvar YMH-nin 2 avtomobili cəlb edilib və yanğın söndürülüb.

Yanğın nəticəsində evin bir otağında 3 kvadrat metr sahədə döşəmə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi