Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var

Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 Aprel , 2022 19:50
Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var

Biləsuvarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bu, rayonun Dərvişli kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Elçin Qəzənfər oğludur.

Qəzada ağır xəsarət alan E.Əliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

18:16

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun “PMK-19” adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan traktor “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, rayonun Dərvişli kənd sakini Elçin adlı şəxs (soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi