Biləsuvarda traktor aşıb, xəsarət alanlar var

Biləsuvarda traktor aşıb, xəsarət alanlar var Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
Hadisə
23 May , 2022 20:20
Biləsuvarda traktor aşıb, xəsarət alanlar var

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

"Report"un Muğan bürosu xəbər verir ki, qəza Biləsuvar-Bəhramtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, traktor yoldan çıxaraq aşıb. Nəticədə traktorun sürücüsü, rayon sakini, N.Hümbətov və onun sərnişini xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi